Modern.az

Azərbaycanlı deputatın Tailand görüşləri - FOTO

Azərbaycanlı deputatın Tailand görüşləri - FOTO

18 Yanvar 2016, 11:00


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın bir sıra nüfuzlu QHT və KİV-ləri ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə  deputat Azərbaycanın tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və  turizm potensialı barədə geniş məlumatlar verib. 

Q.Paşayeva bildirib ki, Azərbaycanla Tailand arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin də üzərinə böyük bir misiya düşür və onları ölkəmizə dəvət edib. 

Deputat görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş  məlumatlar verib.

“Dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir”. 

Q. Paşayeva deyib ki, Tailandda çoxsaylı görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Taylandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir. Tailandın bir sıra tanınmış QHT və KİV rəhbərləri Azərbaycana dəvəti böyük  məmnuniyyətlə  qəbul  edərək  ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan QHT və KİV-ləri ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər.  

Millət vəkili görüşlə yanaşı bir sıra tanınmış media və mətbuat nümayəndələrinə geniş müsahibələr də verib və onları maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda Qənirə Paşayeva Taylandın QHT və KİV rəhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və müxtəlif materialları hədiyyə edib. 


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?