Modern.az

Eldar Sabiroğlu: “Oğlumun həbsinə görə Prezidentə müraciət etdim”

Eldar Sabiroğlu: “Oğlumun həbsinə görə Prezidentə müraciət etdim”

Təhsil

18 Yanvar 2016, 12:19

“Oğlum həbs edildikdən sonra cənab prezidentə müraciət etmişəm. Dövlətimin də, başçısının da ədalətinə güvəndiyimdən belə addım atdım”.

Bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun həbs olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə oğlunun həbs olunmasında məqsəd başqadır. “Oğlumun günahı yoxdur. Onun əleyhinə iki nəfər şahid ifadə verib. Oğlum, yalanın, böhtanın qurbanına çevrilib. Məqsəd oğlum Rüfət haqqında rüşvətxor imic formalaşdırmaqdır. Onu günahsız yerə həbs etdilər. Amma, cənab prezident haqqı, ədaləti müdafiə edən şəxsdir. Məndə inam var ki, bu məsələ həll olunacaq”.

Eldar Sabiroğlu beynəlxalq təşkilatlara müraciət etməyi düşünmədiyini də deyib. “Həbslə bağlı beynəlxalq təşkilatlara hələ ki, müraciət etmək fikrim yoxdur. Daha doğrusu, baş qoşmaq istəmirəm”.

Qeyd edək ki, Rüfət Səfərov 5 il Zərdab rayonunda müstəntiq kimi fəaliyyət göstərib. Bir neçə gün bundan öncə məhkəmənin qərarına əsasən, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib..

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!