Modern.az

Cavid Hüseynovun işi icraata verildi

Cavid Hüseynovun işi icraata verildi

Təhsil

18 Yanvar 2016, 12:20


“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 27-də keçiriləcək.

Onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, iş üzrə cinayət işi Səbail Rayon Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatına verilib.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!