Moskvanın Zomoskvoretsk məhkəməsində Qarabağ ermənilərinin baş sponsoru kimi tanınan Levon Ayrapetyanın məhkəmə prosesi davam edir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ayrapetyan ömürlük həbs cəzası alan eks-senator İqor İzmestyevin anasını aldararaq ondan götürdüyü 700 min dollar qarşılığında oğlunu sərbəst buraxdıracağına söz verdiyi üçün məhkəmə qarşısına çıxıb.
İstintaq erməni biznesmenin bu addımı ilə bağlı fırıldaqçılıq maddəsi ilə iş açıb. Lakin Levon Ayrapetyan heç kəsi aldatmadığını deyir. Onun təqsiri sübuta yetirilərsə, biznesmeni 10 ilə qədər həbs gözləyir.
Bundan başqa, Levon Ayrapetyan dövlətə məxsus “Başneft” şirkətinin “Sistema” bankına satılmasında vasitəçi olmaqda ittiham olunur.
67 yaşlı Levon Ayrapetyan əslən Dağlıq Qarabağ ermənilərdən olub və separatçı bölgəyə çoxmilyonlu yatırımları ilə tanınırdı.
Vüqar İsmayılov