Modern.az

Milli Məclisin növbədənkənar iclasının SƏBƏBİ məlum oldu

Milli Məclisin növbədənkənar iclasının SƏBƏBİ məlum oldu

Təhsil

18 Yanvar 2016, 15:03

Xəbər verdiyimiz kimi, sabah - 19 yanvarda Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. Modern.az saytı xəbər verir ki, növbədənkənar iclasın hansı məsələlərlə bağlı çağırıldığı məlum olub. Bu barda Azərbaycan Prezidenti İlham Əliyev bu gün nazirlərin iştirakı ilə keçirdiyi toplantıda məlumat verib:

Ölkədə struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Prezident Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!