Fənn olimpiadasında şagirdlərimiz 7 medal qazanıblar. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, 25 ölkənin iştirak etdiyi məktəblilərin Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadasında şagirdlərimiz fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla 7 medal əldə ediblər.“Təhsil sahəsində Beynəlxalq arenada ölkəmizi, ölkəmizin təhsilini və ən əsası Azərbaycan bayrağını layiqincə təmsil etdikləri üçün şagirdləri və onların müəllimlərini təbrik edir, növbəti uğurlarını gözləyirik. Qeyd edim ki, informatika fənni üzrə şagirdlərimiz 5 il aradan sonra yenə beynəlxalq yarışlarda nailiyyətlərlə geri dönürlər. İnformatika fənni üzrə olimpiadalarda Azərbaycan şagirdlərinin beynəlxalq nəticəsi ən son 2011-ci ilə təsadüf edirdi”.
Aytən ZƏHRA