Cənubi Afrika prezidenti Ceykob Zuma çıxışlarının birində yol verdiyi coğrafi səhvə görə vətəndaşlardan üzr istəyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 9-da biznesmenlərlə görüş zamanı Zuma “Afrika o qədər böyükdür ki, bütün qitələr bura yerləşə bilər” – deyə onlara müraciət etmişdi. Bu gün isə prezidentin mətbuat xidməti xüsusi bəyanatla çıxış edib.
“Əslində Afrika əhalisinin sayına görə ikinci qitədir, ən böyük qitə isə Asiyadır. Prezident etdiyi səhvə görə üzr istəyir”.
Ceykob Zumanın orta məktəb təhsilinin olmaması ölkədə “təhsilsiz prezident bizə lazımdırmı?” mövzusunda disskusiyaların aparılmasına səbəb olub.
Afrika qitə kimi həm əhali sayına, həm də ərazisinə görə Asiyadan sonra gəlir.
Vüqar İsmayılov