Modern.az

“Gənc İstedadlar” 20 Yanvar şəhidlərini andı - FOTO

“Gənc İstedadlar” 20 Yanvar şəhidlərini andı - FOTO

Təhsil

18 Yanvar 2016, 16:22


Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Modern.az xəbər verir ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyən liseyin direktoru, professor Qasım Hüseynov yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib. 
Sonra BDU-nun dosenti Nuru Məmmmədov məruzə edib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.

Daha sonar liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova və Məsmə Fərhadova 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!