20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb. Bu haqda Modern.az saytına qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, tədbirlər planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir:
“20 Yanvar günü saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Həmçinin kollektiv Şəhidlər Xiyabanını ziyarət edəcək”.
Gülşən RAUFQIZI