Gənclərin inkişafına dövlətimiz tərəfindən hər zaman dəstəyin olduğunu vurğulayan bank eksperti, təlimçi Ramin Bayramov bildirir ki, bu cür addımlar mütəmadi atılmaqdadır və gələcəkdə də atılacaqdır. Odur ki, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin və “RSH Consulting Company” şirkətinin təşkilatçılığı ilə, 23 yanvar 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “Bank əməliyyatları” mövzusunda gənclər üçün ödənişsiz təlim-seminar keçiriləcək.
Təlim-seminarın keçirilməsində məqsəd bank işçilərinin nəzəri biliklərinin artırılması və gənclərin bank əməliyyatları ilə yaxından məlumatlandırılmasıdır. Hal-hazırda həmin təlimdə iştirak etmək üçün qeydiyyat davam edr. Təlim seminarın bütün iştirakçıları Sertifikatlaşdırılacaqdır. Təlim-seminarda iştirak etmək istəyən bank işçiləri və gənclər qeydiyyatdan keçmək üçün öz CV formalarını 20 yanvar 2016-cı il tarixinədək [email protected] e-mail adresinə göndərə bilərlər.Ekspert-təlimçi əlavə olaraq onu da qeyd etdi ki, bank sistemi üçün gələcək kadrların hazırlanması məqsədilə, bundan öncə də tələbələrin inkişafına dövlətimiz tərəfindən böyük dəstək olub. 2015-ci ilin sonlarına yaxın Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc Bankir Məktəbi” layihəsi yaradılıb. Həmin layihədə tələblərə Bank sistemi ilə bağlı silsiləvi təlimlər keçirilmiş, layihədə iştirak edən gənclər Sertifikatlaşdırılmış və layihənin qalib komandasının üzvləri olan gənclər bankda praktiki təcrübə keçmələri üçün seçiliblər. Bu cür dövlət dəstəyinin vacibliyini qeyd edən ekspert bildirir ki, bu cür addımlar dövlətimizin gənclərin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Modern.az