“İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Öyrən və Kəşf Et” layihəsinin ilkin mərhələsi başa çatıb.
Modern.az xəbər verir ki, layihə çərçivəsində Səmti Müəyyən Etmə Federasiyasısının təyin etdiyi təlimçi tərəfindən gənclərə ətraf mühiti daha yaxşı tanımaq, təbiətdə səmti düzgün müəyyən etmək, fors-major halların öhdəliyindən gəlinməsi məqsədilə 3 gündür ki, silsilə təlimlərə start verilib. Təlimlərdə gənclərə yarış zamanı həyata keçiriləcək oyun şərtləri, xüsusi idman növünün tarixi, yarışlar zamanı təhlükəsizlik və yarış qaydaları, gənclərin bu kimi vasitələrdən istifadə etməklə səmti müəyyən etmək bacarıqlarından yararlanmaq imkanlarının artırılmasına dair geniş məlumatlar verilib. Layihə çərçivəsində gənclər arasında Veloparkda növbəti həftə daha geniş formada bir yarışın keçirilməsi planlaşdırılır. Səmti müəyyən etmə idman növü dünyada çox geniş şəkildə yayılıb. Bu ondan qaynaqlanır ki, hərəkətdə olmaq sağlam vücudun ən əsas şərtidir.Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Öyrən və Kəşf et" layihəsinə ümumilikdə 150 nəfərə yaxın gəncin müraciəti daxil olmuş və seçimlər əsnasında 40 nəfərə yaxın iştirakı təmin olunub.