OPEK (Neft İxracatçısı Ölkələri Təşkilatı) 2015-ci ildə dünyada sutkalıq neft tələbinin 92,92 milyon barel olduğunu bildirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu 2014-cü illə müqayisədə 1,54 milyon barel yaxud 1,68% çoxdur.
OPEK ekspertləri bildirib ki, 2016-cı ildə dünyada neftə tələbat daha 1,36% yaxud 1,26 milyon barel artacaq. Bu isə 2016-cı ildə hər gün üçün 94,17 milyon barel “qara qızıl”a ehtiyacın yaranacağı deməkdir.
Neftə tələbat ən çox Hindistanda (4,1%), Afrikada (2,75%) və Çində (2,71%) artacaq.
Proqnoza görə sutkalıq neftin 31,6 milyon bareli OPEK-in, 56,21 milyon bareli isə təşkilata üzv olmayan ölkələrin payına düşəcək.
2015-ci il üçün OPEK-in neft səbətinin orta qiyməti 49,49 dollar təşkil etməsinə baxmayaraq, həmin dekabrında bu göstərici 33,64 dollara, 2016-cı ilin yanvarında isə 25,74 dollara düşəcəyi görünür.
OPEK 2020-ci ilə qədər kartelin satdığı neftin hər il 5 dollar bahalaşacağını proqnoz verərək, 2020-ci ildə 1 barel nefti 80 dollara satacağını proqnozlaşdırır.
Vüqar İsmayılov