Modern.az

Vahid Əhmədov seçicilərinin manatla bağlı suallarını CAVABLANDIRDI

Vahid Əhmədov seçicilərinin manatla bağlı suallarını CAVABLANDIRDI

Təhsil

18 Yanvar 2016, 19:37

 


Millət vəkili Vahid Əhmədov Qubada seçiciləri ilə növbəti qəbulunu həyata keçirib. Qəbuldan öncə görüş keçirilib, V.Əhmədov gördüyü işlər barədə seçicilərə məlumat verib. Son zamanlar manatın devalvasiyası ilə əlaqədar iştirakçıların çoxsaylı suallarına cavab verib.

Azərbaycan hökumətinin və Milli Bankla gördüyü işlər barədə, Azərbbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial problemlərin həlli ilə bağlı apardığı müsbət fəaliyyətin əhəmiyyətindən danışıb.

Qəbulda Quba ilə yanaşı ətraf rayonlardan olan 86 nəfər vətəndaş iştirak edib.

Qəbulda əsasən vətəndaşlar tərəfindən iş məsələsi, bank kreditlərinin taleyi, qiymət artımına qarşı tədbirlər, , ev tikmə üçün torpaq sahəsinin ayrılması, sosial yardımların verilməsi kimi məsələlər qaldırılıb.

Millət vəkili qaldırılan şikayətləri dinləyərək aidiyyatı orqanlara yönləndirmiş, bir qısım müracciətlər qeydiyyata alınaraq nəzəətə götürülüb.

Növbəti qəbul fevral ayında keçiriləcək.


Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!