Modern.az

Salyanda 10 yaşlı uşaq kanalda boğulub

 Salyanda 10 yaşlı uşaq kanalda boğulub

Təhsil

18 Yanvar 2016, 20:38

 

Salyanda azyaşlı kanalda boğulub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Salyan rayonunda 10 yaşlı oğlan uşağı Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində suda bataraq ölüb.  

Xəbərdə qeyd olunur ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaraçala kəndi ərazisində kanalda, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda, nəzarətsiz ərazidə 2006-cı il təvəllüdlü Dadaşlı Emil Əvəzağa oğlu suda bataraq dünyasını dəyişib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri E.Dadaşlının cəsədini batdığı yerdən 500 metr aralıda sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!