Modern.az

"Bütün süni əngəllər aradan qaldırılmalıdır"

 "Bütün süni əngəllər aradan qaldırılmalıdır"

Təhsil

18 Yanvar 2016, 23:11

 

“Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”. Modern.az saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirib.

Prezident vurğulayıb ki, bütün iqtisadi və maliyyə sistemi şəffaflaşdırılmalıdır: “Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır”.

Ölkə başçısı iqtisadi fəallığı artırmağı vacib sayıb: “Təbii ki, gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır. Bu, reallıqdır, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə, biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda”.

Dövlət başçısı bildirib ki, Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər: “Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır”.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!