Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, onlar iki nəfərdir. İddia ərizəsində eks müstəntiqin onların birindən 1000, digərindən 700 manat rüşvət aldığı qeyd olunub. Həmin şəxslər Zərdab rayon İşıq İdarəsinin rəis müavini Ələmdar Abbasov və Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdur. Onların iddia etdiyinə görə, 2 il əvvəl Rüfət Səfərov onların birindən 1000, digərindən 700 manat rüşvət alıb.
Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Modern.az