Modern.az

“Oğru” olduğu iddia olunan gənc efirə çıxdı - Video

 “Oğru” olduğu iddia olunan gənc efirə çıxdı  - Video

Təhsil

19 Yanvar 2016, 00:17

 

Bir neçə gündür  sosial şəbəkələrdə əsas müzakirə movzularından biri olan gül satmaq adı ilə mənzillərə daxil olmaq istədiyi iddia olunan şəxs televiziyada efirə çıxıb. Modern.az saytı milli.az-a istinadən xəbər verir ki, ATV telekanalında efirə gedən “Bizimləsən” verilişinə çıxan gənc haqqında yayılan xəbərləri təkzib edib.

Salyanın Sarvan kəndindən olan, 1989-cu il təvəllüdlü Nüsrət Allahyar oğlu, dediyinə görə, Ankara Universitetinin riyaziyyat fakültəsində oxuyur. Atasını itirən gənc ailəsini dolandırmaq, təhsilini davam etdirmək üçün və əsas da viza almaq üçün Azərbaycana gəlir. Vizası gecikən oğlan Bakıda qalmalı olur. Türkiyədə gül sataraq dolanan Nüsrət burada da bu peşəni davam etdirmək istəyir. Amma paytaxtdakı mənzillərin qapısını döyüb gül satmaq istəyən oğlan bir xanım tərəfinfən yanlış anlaşılır və xanımın çəkdiyi video internetdə sürətlə yayılır. Həmin xanım gəncin qapıları döyərək evə soxulmaq istədiyini, oğurluq məqsədinin olduğunu deyib.

Gənc həmçinin bildirib ki, Azərbaycanda hərbi qulluğunu da başa vurub.  

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatların yayılmağından sonra açıqlama verərək, həmin oğlanın cinayətkar olmadığını və məhz gül satmaq üçün qapıları döydüyünü bildirib.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!