Modern.az

Gülər Əhmədovanın məhkəməsi fevralın 2-ə təyin edildi

Gülər Əhmədovanın məhkəməsi fevralın 2-ə təyin edildi

19 Yanvar 2016, 11:46

Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, bu gün hakim Faiq Qasımovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 2-ə təyin edilib.

G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə onun şikayətini təmin etməmişdi. Qərardan narazı qalan G.Əhmədova apelyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verildi və o, azadlığa buraxıldı.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir