Modern.az

Nazirdən AÇIQLAMA: 15 min iş yeri açılmalıdır

Nazirdən AÇIQLAMA: 15 min iş yeri açılmalıdır

19 Yanvar 2016, 12:04

“Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında” sərəncam imzalanıb”.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, bu sərəncama əsasən qeyri-neft ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq:

“Artıq prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib. Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur.

Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacayıq”.

Həmçinin Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə bir il yarım ərzində icra olunmalıdır və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır.

İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artmalıdır. Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq”.

Şahin Mustafayev bildirib ki, 2015-ci ilin 10 ayı ərzində devalvasiyanın baş verməsi ölkənin istehlak bazarına mənfi təsir edib.

Nazirin sözlərinə görə, istehlak bazarında qiymətlərin artması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib.

"İstehlak bazarına nəzarətin həyata keçirilməsi üçün un və buğda ununun idxalı və satışı ƏDV-dən azad edilib. İqtisadi aktivliyin artması ilə bağlı yeni tədbirlər həyata keçiriləcək”, - deyə nazir qeyd edib.

Aytən Zəhra

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir