Modern.az

Qüdrət Həsənquliyev sahibkarların həbsinin əleyhinə çıxdı

Qüdrət Həsənquliyev sahibkarların həbsinin əleyhinə çıxdı

19 Yanvar 2016, 13:41


“Bu gün biz sahibkarı qulluq mənafelərini aşmağa görə cinayətə məsuliyyətinə cəlb edirik. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq”.

Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O qeyd edib ki, əgər sahibkar vergidən yayınacaqsa, buna görə məsuliyyətə cəlb edilə bilər.

 “Amma sahibkara inzibati qaydada deyilsə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq. Eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmalıdır.

İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, rahat gəlib inkişaf etmiş ölkələrin vətəndaşları burda pullarını xərcləsinlər. Turizm inkişaf etsin. Eyni zamanda vaxtıdır ki, artıq bir sıra dövlət qurumları özəlləşdirilsin”.

Aytən Zəhra

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir