Modern.az

“Denominasiyaya ehtiyac yoxdur”

“Denominasiyaya ehtiyac yoxdur”

19 Yanvar 2016, 13:47


“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi qəbul olunarsa, bu, ötən gün lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” ASC-nin bütün əmanətçilərinə şamil edilməyəcək”.

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, hazırda bankda olan əmanətlərin hesablanması prosesi gedir və bu vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq. Eyni zamanda E.Rüstəmov Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum olmadığını vurğulayıb.

“  Sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu, uydurmadır.  

Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur.

Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”.  

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir