Modern.az

“Alfamed”də həbslər… dəhşətli virusa qarşı dərman baha satılıbmı?

“Alfamed”də həbslər… dəhşətli virusa qarşı dərman baha satılıbmı?

19 Yanvar 2016, 14:00

 

Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında manatın devalvasiyasından istifadə edərək qiymətləri süni şəkildə artıranlara qarşı sərt tədbirlərin görülməsinə dair göstərişindən sonra hüquq-mühafizə orqanlarının bəzi həbslər həyata keçirdiyi haqda xəbər verilmişdi.

Xatırladaq ki, qiymətləri süni şəkildə artırmağa görə həbs edilənlər arasında bəzi əczaçılıq firmalarının rəhbərləri və menecerləri, o cümlədən “Alfamed” MMC adlı firmanın rəhbərləri də vardı. Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə Baş idarəsinin yaydığı məlumatda deyilirdi ki, bu firmanın “Grateziano” adlı dərman vasitəsini dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Virtualaz.org saytı bu faktlardan çıxış edərək Azərbaycanda əsasən onkoloji xəstəliklərə və hepatitə qarşı dərmanların “qara bazarı” barədə araşdırma aparmışdı. Həmin araşdırmada əczaçılıq sektorundakı mənbələrdən əldə edilmiş məlumatlara əsasən göstərilirdi ki, “Alfamed” MMC əsasən hepatitə və onkoloji xəstəliklərə qarşı dərmanların ölkəyə qeydiyyatsız gətirilib satılmasını həyata keçirib. Və bu firmanın faktiki sahibi kimi Ədalət Ramazanov adlı iş adamı göstərilirdi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir