Modern.az

“Bu faciə bəşər tarixində qara səhifə olaraq qalacaq” - FOTO

“Bu faciə bəşər tarixində qara səhifə olaraq qalacaq” - FOTO

19 Yanvar 2016, 13:55


Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrindən danışıb:

“Bu hadisə tarixə ən amansız cinayətlərdən biri kimi düşüb. Keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə bəşər tarixində qara səhifə olaraq qalacaq”.

20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən, rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib və hər il şəhidlərin əziz xatirəsini yad etmək üçün universitetin önündə ucaldılmış möhtəşəm abidə qarşısında anım mərasimi keçirilir.

Daha sonra çıxış edən professor İzzət Rüstəmov 20 Yanvarla bağlı fikirlərini iştirakçılarla bölüşüb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir