Modern.az

Azərbaycanda “donuz qripi” şübhəsi ilə 80 nəfərdən analiz götürülüb

Azərbaycanda “donuz qripi” şübhəsi ilə 80 nəfərdən analiz götürülüb

19 Yanvar 2016, 16:51

““Donuz qripi” şübhəsi ilə bağlı bu günəcən 80 nəfərdən qan analizi götülüb”. Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O qeyd edib ki, götürülən qan nümunələrində “donuz qripi” aşkarlanmayıb.

Qeyd edək ki, Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev hər gün "donuz qripi" şübhəsi ilə 5-10 nəfərin onlara müraciət etdiyini bildirmişdi.

  “Bu müraciətlər Bakı ilə yanaşı, rayonlardan da daxil olur. Hər gün bizə 10-a qədər müraciət daxil olur. Lakin bu şübhələrin heç biri hələ öz təsdiqini tapmayıb və onlar adi qrip xəstəliyinə tutulmuş insanlardır. Bu günə kimi ölkədə "donuz qripi"nə yoluxma müşahidə edilməyib", - deyə R.Abdullayev vurğulayıb.  

"Donuz qripi" ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq "donuz qripi" baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə "donuz qripi"nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir