Modern.az

Azərbaycanda azad iqtisadi zona yaradılacaq

 Azərbaycanda azad iqtisadi zona yaradılacaq

19 Yanvar 2016, 20:41

 

Azərbaycan Ələtdə yeni azad iqtisadi zonanın yaradılmasına 1 mlrd. ABŞ dolları cəlb edə bilər. Yeni azad iqtisadi zonanın qəsəbədə inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur.

Modern.az saytı xəbər verir ki, bu barədə "Report"a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, layihənin ilkin konseptual planı hazırlanıb və dövlət başçısının rəyi gözlənilir.  

"Hesab edirik ki, orada Honkonq kimi böyük iqtisadi canlanma üçün azad iqtisadi zona yaradıla və bu, qeyri-neft sektoruna təkan verə bilər. Bu, regionda yükaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox lazımlı zona olacaq. Bilavasitə limandan istifadə oluna biləcək", - deyə T.Ziyadov qeyd edib.  

İnvestisiyanın cəlbolunma mənbəsinə gəlincə, Limanın baş direktoru əlavə edib ki, sərmayə dünya praktikasına görə infrastruktura dövlət tərəfindən, qalan hissəsi isə biznes dairələr tərəfindən yatırılır: "İnanırıq ki, ilk illərdə investisiyaların həcmi 1 milyard dollar çata bilər".

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir