Modern.az

Ölkədəki işsizlərin sayı açıqlanıb

 Ölkədəki işsizlərin sayı açıqlanıb

20 Yanvar 2016, 00:15


 

2016-cı il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, respublikamızda işsizlərin sayı 28,9 min nəfər olub. Onların 38,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub.

2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

2015-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1504,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,4 min nəfər, qeyri-dövlət sektorunda isə 624,6 min nəfər təşkil edib.  

İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1469,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,6%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,4%-i tikintidə, 6,4%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.  

Xidmət sahəsində işləyənlərin 22,4%-i təhsil, 19,0%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,8%-i istirahət, əyləncə və incəsənət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

2015-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,3 saat təşkil edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir