Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Ağcəbədi rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.Məlumatda bildirilib ki, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə çıxıb. Əlavə məlumat veriləcək.
Modern.az