Modern.az

Ermənistanda “donuz qripi” sürətlə yayılır - Daha 2 qadın öldü

Ermənistanda “donuz qripi” sürətlə yayılır - Daha 2 qadın öldü

20 Yanvar 2016, 15:14


Yanvarın 20-də Ermənistanda daha iki nəfərin “donuz qripi” (H1N1) virusuna yoluxmadan ölməsi qeydə alınıb.
Modern.az saytı Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan təsdiqləyib. Onun sözlərinə görə, virusa yoluxmuş iki qadın həkimə vaxtında müraciət etmədiklərinə görə, vəziyyətləri ağırlaşıb və hər ikisinin ölümü baş verib.

Son günlər Ermənistanda “donuz qripi” (H1N1) virusuna yoluxmaların sayı sürətlə artmaqdadır.

Bununla yanaşı, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində də “donuz qripi” epidemiyaya çevrilməkdə davam edir. İşğal olunmuş torpaqlarımızda yaradılan qondarma “Dağlıq Qarabağ Respublikasının səhiyyə nazirliyi” 20-dək xəstəliyə yoluxma faktı qeydə alıb. H1N1 virusuna yoluxanların vəziyyətinin ağır olduğu bildirilir və onlar Xankəndindəki xəstəxanalarda intensiv müalicə alır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?