İstedadlı kamança ifaçısı Xəyyam Məmmədovla bağlı maraqlı fakt açıqlanıb. Modern.az-ın məlumatına görə, yanvarın 20-də sənətçini tanıyan yaxın dostları ona Facebook sosial şəbəkəsində ad günü münasibətilə çoxsaylı təbriklər ünvanlayıblar. Təbriklərə cavab verən kamança ifaçısı artıq neçə illərdir doğum tarixini dəyişdirdiyini bildirərək, bu haqda izahat verib.
20 yanvar tarixində anadan olduğunu gizlətməyən Xəyyam Məmmədov deyib ki, 1990-cı ildə Bakıda törədilən qanlı hadisələrlə əlaqədar doğum tarixini rəsmən dəyişdirib.
“Mənim doğulduğum gün 20 yanvar tarixi olsa da, məlum hadisədən sonra, 1992-ci ildə pasport götürəndə dəyişib 22 yanvar elətdirmişəm”, deyə kaman ustası qeyd edib.
Sənətçini tanıyanlar onun bu addımından xəbər tutunca, təqdirəlayiq hərəkət hesab ediblər.
Xəyyam Məmmədov 1976-cı ildə Qarabağ bölgəsində dünyaya gəlib.