Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 15 nəfəri işdən azad edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 15 nəfəri işdən azad edib

Təhsil

21 Yanvar 2016, 10:43

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2015-ci il ərzində 15 nəfəri işdən azad edib. 6 nəfər vəzifədən vəzifəyə keçirilib və 30 əməkdaş işə qəbul edilib. Modern.az xəbər verir ki, bu barədə  komitənin ötənilki fəaliyyətinə dair hesabatında qeyd edilib.

2015-ci ildə görülmüş işlər barədə məlumat veriən komitə bildirib ki, “Böyük Bakının Regional İnkişaf Planı” komponenti üzrə istifadə edilməmiş məbləğ hesabına Bakının İnzibati Ərazisinin  (213 min hektar) Torpaqdan İstifadə və Zonalaşdırma Planının hazırlanması haqda Dünya Bankının razılığı əldə edilib və Nazirlər Kabinetinin qeyd olunan məsələ ilə əlaqədar müsbət cavabı alınıb. Bununla əlaqədar layihənin həyata keçirilməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma planının hazırlanması” üzrə müvafiq qaydada müqavilə bağlanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?