Modern.az

Rusiya pulu dollar qarşısında tarixi REKORDU təzələdi - 1 dollar=83 rubl

Rusiya pulu dollar qarşısında tarixi REKORDU təzələdi - 1 dollar=83 rubl

Təhsil

21 Yanvar 2016, 11:34



Rusiya rublu 1998-ci ildən bəri dollar qarşısında ən böyük ucuzlaşma sərgiləyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında Moskva fond birjasında 1 dollar öncə 82,85, sonra isə 83,1 rubla qədər möhkəmlənib.

Avro da rus valyutası qarşısında möhkəmlənməkdə davam edib və 90,42 rubla çatıb.

Brent markalı neft o,22% bahaşalaraq 27,77 dollara satılır.

Analitiklərin fikrincə, neftin 1 bareli 25 dollara düşərsə, 1 dollar 100 rubla qədər bahalaşacaq.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?