
Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun dünyasını dəyişmiş direktoru, akademik Tofiq Hacıyevin dövründə dövlət dilinin işlənməsinə nəzarət etmək məqsədilə, işçi qrupu media orqanları arasında monitorinqlər aparırdı. Akademikin vəfatından sonra da monitorinqlər davam etdiriləcəkmi?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq Şurasının sədri, telejurnalist Qulu Məhərrəmli Modern.az saytına deyib ki, monitorinq qrupu institutun şöbəsi kimi fəaliyyət göstərir:
“Monitorinq qrupu hələ Fəxrəddin Veysəllinin vaxtında yaranıb. İnstitutun aparıcı şöbələrindən biridir. Monitorinqin illik planı var. Onun əsasında işləri davam etdirəcəklər”.
Qeyd edək ki, Monitorinq Şurası ötən il keçirdiyi monitorinqlərdə mətbuat qurumlarından sonra elektron media qurumlarında da yoxlamaları davam etdirib. 2015-ci ötən ilin mart ayında nəticələri bəlli olan yoxlamalar 20-yə qədər sayt, xəbər portalları və informasiya agentliklərini əhatə edib.
Gülşən RAUFQIZI