Modern.az

Türkiyədə tanınmış iş adamı öldü – infarktdan

Türkiyədə tanınmış iş adamı öldü – infarktdan

Təhsil

21 Yanvar 2016, 15:06

İdman edərkən infarkt keçirən “Koç” holdinqin  rəhbəri Mustafa Koç xəstəxanada ölüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Vehbi Koç Fondu Amerika Xəstəxanasının müdiri Erhan Bulutcu jurnalistlərə açıqlama verib.  

O deyib ki, həkimlərin bütün müdaxilələrinə baxmayaraq iş adamının həyatını xilas etmək mümkün olmayıb.  

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan iş adamının ölümü ilə əlaqədar başsağlığı verib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?