Modern.az

İtaliya şirkəti Azərbaycanı tərk etdi

İtaliya şirkəti Azərbaycanı tərk etdi

21 Yanvar 2016, 17:16


"Maccaferri Azerbaijan" MMC ləğv olunduğunu elan edib.

Vergilər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  təsisçinin ləğvetmə qərarı yanvarın 19-da verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər. 

"Maccaferri" şirkətinin əsası 1879-cu ildə İtaliyada qoyulub.  

"Maccaferri Azerbaijan" MMC-nin əsas işi mülki və ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəmərinin qorunması, tunelin bərkidilməsi, qaya-sürüşmədən mühafizə torlarını quraşdırma və texniki həllərin satışı və təchizatı sahəsində ixtisaslaşıb.  

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir