Modern.az

Səbail Rayon İcra Hakimiyyəti təkzib etdi

 Səbail Rayon İcra Hakimiyyəti təkzib etdi

21 Yanvar 2016, 20:33

 

“Bir sıra elektron informasiya vasitələrində "Trend" informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”. Modern.az saytı xəbər verir ki, bu barədə Səbail RİH-dən verilən açıqlamada deyilir.

Həmin açıqlamada bildirilir: “RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”.  

RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir