Azərbaycanın Əməkdar artisti Nüşabə Ələsgərlinin ailəsinə ağır itki üz verib.
Anspress-in məlumatına görə, sənətçinin bacısı dünyasını dəyişib. Əməkdar artist mərhum bacısının şəkilini "İnstaqram"da paylaşıb. O, fotonu "gözəl bacım, əlvida! Anamıza, atamıza salam de” sözləri ilə yerləşdirib.
Əməkdar artistə sənət dostları sosial şəbəkə vasitəsilə başsağlığı veriblər.
Əlavə edək ki, ötən il əməkdar artist anası Solmaz xanım dünyasını dəyişib. Əməkdar artist mərhum anasının şəkilini "İnstaqram"da paylaşaraq "Dünyam əlimdən gedir" yazıb.
Müğənnilik fəaliyyəti ilə məşğul olan Nüşabə Ələsgərli Konservatoriyanın xor dirijorluğu fakültəsini bitirib. Aktrisa kimi bir neçə filmdə çəkilib. İki övladı var.