Modern.az

Cavid Hüseynovun işi hansı səbəbdən ayrıca icraata verilib? - Prokurorluqdan AÇIQLAMA

Cavid Hüseynovun işi hansı səbəbdən ayrıca icraata verilib? - Prokurorluqdan AÇIQLAMA

Təhsil

22 Yanvar 2016, 14:28


Prokurorluq “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun məhkəmə işinin ayrıca icraata verilməsinə dair yayılan iddiaları cavablandırıb.

Bakı şəhər Prokurorluğundan Modern.az saytına verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində videoreportyor Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində Elşən İsmayılov və qeyriləri tərəfindən döyülməsi nəticəsində vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə başlanmış cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılmasının C.Hüseynovun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Şəhər Prokurorluğun deyilənləri qəti şəkildə təkzib edərək bildirib ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətində olmaqla Cavid Hüseynovun CM-nin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılıb.

"Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı şəhər prokurorluğuna dəvət edilərək şəhər prokurorluğunun rəhbərliyi tərəfindən məlumatlandırılaraq onlara prosessual hüquq və vəzifələri izah edilib”.

Həmçinin bildirilib ki, 2015-ci il dekabr ayının 22-də E.İsmayılov və qeyrilərinin Cinayət Məcəlləsinin 126.3 və 177.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair, 11 yanvar 2016-cı il tarixdə isə C.Hüseynovun həmin məcəllənin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən cinayət işləri yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?