Modern.az

Gəlinini öldürən şəxsə 18 il həbs cəzası verildi

Gəlinini öldürən şəxsə 18 il həbs cəzası verildi

22 Yanvar 2016, 14:40


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?