Modern.az

İlham Əliyev TOTAL-ın baş icraçı direktoru ilə görüşdü

İlham Əliyev TOTAL-ın baş icraçı direktoru ilə görüşdü

22 Yanvar 2016, 14:45


Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir