Modern.az

Vergilər nazirinə yeni müşavir təyin olundu

Vergilər nazirinə yeni müşavir təyin olundu

22 Yanvar 2016, 15:28

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Qurumun Anlitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata əsasən, nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Amil oğlu Məmmədov Büdcə proqnozlarının icrası üzrə vergilər nazirinin müşaviri təyin edilib.

Bununla da, vergilər nazirinin müşavirlərinin sayı 11-ə çatıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir