Modern.az

Azərbaycanlıların Türkiyədə aldıqları evlərin sayı açıqlandı

Azərbaycanlıların Türkiyədə aldıqları evlərin sayı açıqlandı

22 Yanvar 2016, 16:06


2015-ci ili  yanvar-dekabr ayları ərzində azərbaycanlılar Türkiyədən 815 daşınmaz əmlak alıb.

Modern.az Türkiyə Statistika Komitəsinə istinadən bildirir ki, dekabr ayında soydaşlarımız  Türkiyədən 82 ev alıblar.

Bununla azərbaycanlılar Türkiyədən daşınmaz əmlak alan əcnəbilər arasında 7-ci sıradadır.   2015-ci ildə Türkiyə mənzil bazarına ən çox maraq göstərən əcnəbilər arasında iraqlılar olub-4228 nəfər.  

Sonrakı pillərdə də Səudiyyə Ərəbistanı (2704), Küveyt (2130), Rusiya (2036), Əfqanıstan (656), Almaniya (869) gəlir.  

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir