Modern.az

Direktor “donuz qripi” ilə bağlı məlumat açıqladı

Direktor “donuz qripi” ilə bağlı məlumat açıqladı

22 Yanvar 2016, 16:20


““Donuz qripi” şübhəsi ilə 100-dən çox müraciət daxil olub”.

Bunu Modern.az-a açıqlamasında Taun Əleyhinə Dispanserin direktoru Rakif Abdullayev deyib.   O qeyd edib ki, səhiyyə müəssisələrinə yuxarı tənəffüs orqanlarının xəstəlikləri ilə bağlı müraciət edən  insanlardan mazot-yaxma götürülür və labaratoriya müayinəsinə göndərilir.  

“Hazırda bununla bağlı bizə gələn müraciətlərin sayı 100-ü keçib. Labarator müayinəsinə republikamızın bölgələrindən də nümunələri göndərilənlər var”.  

Azərbaycanla qonşu ölkələrdə “donuz qripi”nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür.

“Donuz qripi”nin aşkar olunduğu bu ölkələrə çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, xəstəliyin ölkəyə keçmə ehtimalı da böyükdür.  

“Donuz qripi” ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq “donuz qripi” baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə “donuz qripi”nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.  

Aytən ZƏHRA  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir