“Oğlumun azadlığa çıxmasına çox sevindim. Oğlum barəsində ədalətli qərar verilib”. Bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu deyib.
Eldar Sabiroğlu bundan sonra qanunla hərəkət ediləcəyini deyib. “Həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığını barədə qərar çıxarıldı.
Oğlumun ölkə hüdudlarından kənara çıxması mümkün olmayacaq. Bundan sonra qanun nəyi tələb edirsə, ona uyğun da hərəkət edəcəyik.
Həbs qətimkanın tədbirinin aradan götürülməsinə çalışacağıq. Həyat yoldaşım da, mən də cənab prezidentə təşəkkür məktubu yazdım. Cənab prezidentə minnətdaram”.
Qeyd edək ki, Rüfət Səfərovun barəsində 4 aylığına həbs qətimkan tədbiri çıxarılmışdı. Bu gün isə Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunub.
Namidə BİNGÖL