Amerikanın dövlət katibi Con Kerri Ukraynanın cənub-şərqindəki vəziyyəti nizamlamaq üçün imzalanmış Minsk razılaşmasının yaxın aylarda icra olunacağı təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağını deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Davos forumunda çıxış edən Kerri bunun mümkün olduğunu vurğulayıb.“Hər iki tərəfin məsələyə məsuliyyətlə yanaşacağı təqdirdə və Minsk razılaşmasının tam icra olunacağı halda yaxın aylarda məsələ həll oluna bilər”.
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin də düşünür ki, sanksiyalar 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərinə qədər ləğv olunacaq.
Onun fikrincə, rəsmi Moskva daha Qərblə baş-başa gəlmək istəmir və Minsk razılaşmalarını icra etməyə razıdır.
Vüqar İsmayılov