Modern.az

Bakıda əmlak alqı-satqısında vasitəşilik edən şəxsə cinayət işi açıldı

Bakıda əmlak alqı-satqısında vasitəşilik edən şəxsə cinayət işi açıldı

Təhsil

22 Yanvar 2016, 18:17

Əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında “Günəş Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadrat metr olan 4 otaqlı mənzilin Bakı şəhər sakininə satılması  adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir