Modern.az

Bakıda Formula-1 yarışının vaxtı bəlli oldu

Bakıda Formula-1 yarışının vaxtı bəlli oldu

22 Yanvar 2016, 18:23

19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula-1 Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Modern.az-a verilən xəbərdə bildirilib ki, Bakıda keçiriləcək Formula-1 yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisinin hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox Formula-1 yarışının olduğu sezondur. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) ötən dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olundan sonra il ərzində Formula 1 üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi  və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir