Modern.az

İşsizliyə görə müavinətin məbləği 30-40 faiz artırılacaq

 İşsizliyə görə müavinətin məbləği 30-40 faiz artırılacaq

23 Yanvar 2016, 01:16


İşsizliyə görə müəyyən olunmuş müavinətin məbləği artırılacaq. Yaxın günlərdə Nazirlər Kabineti prezidentin müvafiq sərəncamı ilə bu qanuna dəyişiklik edəcək. Hazırda 55 manat olan məbləğin 30-40% artırılaraq, 71-77 manata çatdırılması nəzərdə tutulub.   Modern.az saytı xəbər verir ki, bu barədə  Anspress-ə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.  

Sözügedən müavinət vaxtilə işləyərkən əmək müqaviləsi olan və işlədiyi müddətdə sosial sığorta ödəyən şəxslərə şamil olunur. Bu məsələ dövlətin “Məcburi sosial sığorta haqqında” qanunu ilə tənzimlənir. Qanunda o da qeyd olunub ki, işsiz olma sosial sığorta hallarından biri sayılır. Onun üçün ayrıca sosial sığorta tarifi olmasa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün nəzərdə tutulan vəsait var.  

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Qanuna görə, əgər bütün işsizlərin əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir