Modern.az

Məktəbə hücum edən qatil qardaşlarını və merin qızını öldürüb

Məktəbə hücum edən qatil qardaşlarını və merin qızını öldürüb

Təhsil

23 Yanvar 2016, 10:45

 

Kanadanın Saskaçevan əyalətinin La-Loş şəhərində məktəblərin birində baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, atəş açan yeniyetmə mer vəzifəsini icra edən Kevin Janvierin qızını öldürüb.

Mer Kevin Janvier bildirib ki, 23 yaşında olan qızı məktəbdə müəllim işləyirdi. Məlumatlara görə, cinayətkar məktəbə hücum etməzdən öncə, öz evlərində 2 qardaşını da qətlə yetirib.

Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdo silahlı insident nəticəsində 5 nəfərin öldüyünü, 2 nəfərin isə ağır yaralandığını bəyan etmişdi. Cinayətin motivləri hələlik açıqlanmır.

Aqşin KƏRİMOV


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir