Bu gün saat 12:00-da Milli Televiziya və Radio Şurası ANS televiziyası ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qurumdan Modern.az saytına verilən məlumata görə konfrans MTRŞ-nın inzibati binasında (Nizami küçəsi, 145) ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı olacaq.Ötən gün MTRŞ-da keçirilən müşavirə zamanı ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə (fevralın 24-ə qədər) dayandırılması barədə qərar qəbul olunub.
M.Ağayev yanvarın 22-də keçirdiyi mətbuat konfransında Şuranı ANS-ə qərəzli yanaşmaqda ittiham edib. Bundan sonra qərəzsiz münasibət gözləmədiklərini açıqlayıb.
Gülşən RAUFQIZI