Modern.az

XİN-dən özünü güllələyən diplomat barədə AÇIQLAMA: “Bizim sistemdə...”

XİN-dən özünü güllələyən diplomat barədə AÇIQLAMA: “Bizim sistemdə...”

23 Yanvar 2016, 12:18

“Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləməyib”. Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyevin özünü güllələyərək intihar etməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləməyib. İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçisi olmasına gəlincə bu ayrıca təşkilatdır və biz bu haqda heç nə deyə bilmərik”.  

Qeyd edək ki,  Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək itnihar etməsi barədə məlumat yayılıb. Hadisənin ötən gün olduğu bildirilir.  

Məlumatlara görə, diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.   Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.  

İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib.

Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir